Qlobal Səhifə

Neyma Jr's Five haqqında

Neymar Jr's Five turnirinə xoş gəlmisən! Bem vindo!

Red Bull Neymar Jr's Five mənim beş-beşə turnirimdir. Mən tək ehtirasımı – futbolu qeyd etmək üçün dünyanın hər yerindən oyunçuları bir araya gətirmək istəyirəm. Bu, dünaynın altı qitəsi üzrə ölkələrdə, o cümlədən vətənim Braziliyada və Paris Saint-Germain komandasında oynadığım Fransada da keçirilən sürətli, texniki və əyləncəli bir müsabiqədir.

Qaydalar? Sadədir. Hər oyun 10 həyəcan dolu dəqiqədən ibarətdir, oyunda qapıçı olmur və əgər bir komanda qol vurarsa, digər komanda bir oyunçusunu itirir. Braziliyada keçiriləcək dünya finalına vəsiqə qazanmaq üçün siz bütün komandalara qalib gəlməlisiniz. Bu ilki turnir, 16 – 25 yaşlarında beş-yeddi oyunçudan ibarət komandalar üçün açıqdır. Komandalar özlərinə 25 yaşdan yuxarı iki veteran seçə bilərlər.

Bu il biz, özlərinin üçüncü ilinə daxil olan qadınlardan ibarət müsabiqəmizə həsr edilmiş Red Bull Neymar Jr's Five 5-ci nəşrini qeyd edirik! Ümumilikdə, dünyanın 75 ölkəsindən və 6 qitəsindən 400,000-dən çox oyunçu Dünya Çempionu adını qazanmaq uğrunda mübarizə aparmaq üçün oyun iştirakçısı olublar. Keçən il iki komanda kortlara sahib oldular və kuboku qazandılar: Macarıstandan olan oğlanlar və Slovakiyadan olan qızlar.

Red Bull Neymar Jr's Five 2020-ci ildə yenidən bir partlayış yaradacaq və sənin burada ilk iştirakının olmasının, yoxsa yenidən qayıtmağının fərqi yoxdur, mən bilirəm ki, sən də mənim kimi orada iştirak etmək, güclü oyunçulara qalib gəlmək və Milli Finalda mən və dostlarımla üz-üzə gələrək üstünlük qazanmaq üçün həyəcanlısan. Komandanı topla, səni və dostlarını Braziliyanın Praya Qrande şəhərindəki Projeto Neymar Jr İnstitutunda keçiriləcək Dünya Kubokunda görmək ümid edirəm!

Təşəkkürlər və Xoş Əyləncələr!
Neymar Jr

Logo injr black 300x122 Signature 292x300

2018 WORLD CHAMPIONS

Deportivo Mago

Dünya Çempionalrı

2018 mixed winners

Resenha 013

Qadınlar arası Dünya Çempionatı

2018 female winners